Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-06 14:15:00
“Tələbələrə qaiblərlə bağlı  güzəşt edilə bilər” - PROREKTOR

 “Qaiblərlə bağlı müəyyən hallarda güzəşt edilə bilər”

Bu sözlər Bakı Mühəndislik Universitetinin Elmi İşlər üzrə prorektoru Elçin Süleymanova aiddir.

“Qiymətləndirmə zamanı tələbənin dərsdə iştirakı da nəzərə alınır”

Prorektor  AzEdu.az-a açıqlamasında ilk olaraq, dərsə davamiyyətin qiymətləndirməyə təsirindən danışdı:

 “Təhsil qanunvericiliyinə görə, tələbə dərsin 25 faizində iştirak etmirsə avtomatik olaraq  kəsilmiş hesab olunur.

Bu 25 faizə, onun keçirdiyi xəstəliklər, iştirak etdiyi tədbirlər və s. aiddir.  Əgər tələbənin sağlamlığı uzun müddət dərsdə iştirak etməyə imkan vermirsə, dərsi dondurması daha məqsədəuyğundur.

Qiymətləndirmə zamanı tələbənin dərsdə iştirakı da nəzərə alınır. Belə ki, onun ümumi orta balına davamiyyətə görə 8-10 bal əlavə olunur. Tələbə dərsin heç olmasa, 75 %-də iştirak edirsə ona ən az 8 bal verilir”.

“Qaiblərlə bağlı müəyyən hallarda güzəşt edilə bilər”

E.Süleymanov açıqlaması zamanı qayıblar barəsində edilən güzəştələrdən də söz açdı:

“Qaiblərlə bağlı müəyyən hallarda güzəşt edilə bilər. Belə ki, tələbənin səhhəti universitet daxilində pisləşərsə ona qayıb yazılmaya bilər. Bunu üçün universitetin tibb məntəqəsindən tələbənin dərsdə iştirak edə bilməyəcəyi təsdiqləməlidir. Bundan əlavə, tələbə hər hansı rəsmi tədbir üçün dərsdə iştirak edə bilmirsə bu zaman universitetə təqdimat verilir və qayıblar üzrlü sayılır”.