Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-04 10:14:00
İlham Əliyev  prorektoru Tərəqqi medalı ilə təltif etdi - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
AzEdu.az xəbər verir ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Tərəqqi medalına layiq görünənlər arasında Azərbaycan Dillər Universitetinin ( ADU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. Tamam Cəfərova da var.
 
Universitetdən bildirilib ki, Tamam Cəfərova mart ayından etibarən ADU-da prorektor vəzifəsində çalışır. 
 
ADU THİK sədri Şahin Sərdarlının verdiyi məlumata görə, bu günə kimi Tamam Cəfərova onlarla tələbənin təhsil haqqına dəstək olub:
 
"Mən bunun biləvasitə şahidi ololmuşam. Tamam Cəfərova  bu ada həqiqi layiq olan şəxslərdəndir" - deyə Ş.Sərdarlı feysbuk profilində yazıb.