Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-28 13:23:00
İKT üzrə təlimlərdə 4000 təhsil işçisi iştirak edib

Pedaqoji heyətin İKT savadlılığının artırılması üzrə təşkil edilən təlimlərdə ümumilikdə 4000 pedaqoq iştirak edib.

AzEdu.az xəbər verir ki, 2018-ci ildə 15 ümumitəhsil müəssisəsinin ibtidai və yuxarı sinif şagirdləri üçün sinif otaqları “Lego Education” təhsil robotları ilə təchiz olunub.

Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərindən 70 nəfər informatika və fizika müəllimləri təhsil robotlarından istifadə qaydaları, onların tədris prosesində tətbiq olunması üzrə təlimlərdən keçirilib. Texnika ilə təchiz olunmuş müəssisələrin sayı 20-yə çatdırılıb.

AzEdu.az pedaqoji heyətin İKT savadlılığının artırılması üzrə təşkil edilən təlimlərin adları və iştirakçı sayı barədə məlumatı təqdim edir:

-Təhsildə müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi üzrə ixtisasartırma – 300 nəfər;

-İxtisasartrma xidmətindən keçmiş müəllim və inzibati-idarəetmə heyətinə İKT-nin tədrisdə tətbiqi üzrə stajkeçmə - 725 nəfər;

-İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi üzrə ixtisasartırma – 300 nəfər;

-Ümumi təhsil müəssisələrində dərs deyn müəllimlər üçün İKT savadlılığının artırılması üzrə ixtisasartırma – 1.875 nəfər;

-Elektron resurslardan istifadə etməklə inteqrativ tapşırıqların hazırlanması metodikası üzrə ixtisasartırma – 600 nəfər;

-Pedaqoji heyət üçün İKT vasitəsi ilə kommunikasiya bacarıqlarının formalaşdırılması üzrə ixtisasartırma – 200 nəfər.