Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 14:30:00
İcma sədri qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüşdü

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Dağlıq Qarabağdan olan və bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüşüb.

AzEdu.az xəbər verir ki, görüşdə çıxış edən İcma sədri Tural Gəncəliyev gəncləri təbrik edib.

O, icmanın fəaliyyəti, gördüyü işlər barədə gəncləri məlumatlandırıb. T. Gəncəliyev gəncləri müasir dövrdə informasiya müharibəsində istifadə olunan vasitələrdən, sosial media şəbəkələrindən aktiv istifadə etməyə çağırıb.

İcmanın sosial media fəaliyyəti barədə danışan T.Gəncəliyev Dağlıq Qarabağla bağlı videoçarxlar paylaşıldıqdan sonra qurumun sosial media hesablarının hücumlara məruz qaldığını və bu hücumların əsasən ermənilər tərəfindən edildiyini deyib.

Tural Gəncəliyev gəncləri Azərbaycan həqiqətlərini dünyaya yaymağa çağırıb.

"Biz özümüz deyib özümüz eşitmək mərhələsindən çıxmalı, səsimizi beynəlxalq aləmə çatdırmalıyıq. Biz mədəni irsimizi qorumaq üçün birgə fəaliyyət göstərməliyik ", - deyə vurğulayıb.