XƏBƏRLƏR

20.08.2019 15:50
“Şəkidəki universitetlər Bakıdakılardan geri qalmır” – 660 bal toplayan tələbə

2019-2020-ci tədris ili üzrə ali məktəblərə qəbul başa çatıb və daxil olan tələbələrin qeydiyyatı başlayıb.

Ötən tədris ilində olduğu kimi, bu il də ADPU-nun Şəki filialına yüksək bal toplayaraq qəbul olunan tələbələrin sayı da az deyil. Belə gənclərdən biri də “Xarici dil (ingilis dili) müəllimliyi” ixtisasına qəbul olunan Elcan Mayis oğlu Səlimlidir.

Tələbə adını yeni qazanan Elcan 660 bal toplamasına baxmayaraq Bakı universitetlərini deyil, bölgə ali məktəbi olan ADPU-nun Şəki filialını seçib.

Onun bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və diqqət çəkib.

AzEdu.az Elcan Səlimlinin universitet seçimi ilə bağlı təəssüratlarını öyrənib:

“İnglis dilli ixtisası seçməkdə məqsədim bunu gələcəkdə öz işimdə tətbiq etmək idi. Azərbaycan dilini inglis dili vasitəsi ilə dünyaya çatdırmaq və onu inkişaf etdirmək istəyirəm. Dilimizdə olan sözlərin bir çoxu alınmadı. Bunlardan bəziləri avropa mənşəli, bəziləri isə ərəb-fars mənşəlidi. İndidən avropa mənşəli sözləri öyrənməyə başlayacam. Gələcəkdə isə ərəb dilini inkişaf etdirməyi düşünürəm. Elmi araşdırmalar edib, dilimizə töhfələr qatmağı planlaşdırıram.

Bir çox insanlar Şəki şəhərində təhsilimi davam etdirməyimlə maraqlanırlar. Mən düşünürəm ki, Şəkidəki universitetlər Bakıdakılardan geri qalmır. ADPU ölkəmizin tanınan universitetlərindən biridi. Buranın Şəki filialının təhsil səviyyəsi isə olduqca yüksəkdi.

Mənim həm 660 bal toplamağımda, həm də olimpiadalarda yüksək nəticə qazanmağımda  müəllimlərimin güclü olmasının böyük rolu olub. Rayonumuzda da təhsil yüksək səviyyədədi. Uğur qazanmaq insanın özündən də, aslıdı.

Yüksək bal toplayıb Bakı şəhərini seçən tələbələrə də hörmətlə yanaşıram və insanlardan da, bunu gözləyirəm”.

Şükufə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu