Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-08 23:48:00
Tovuzdakı  zəncirvari qəzada  tələbə öldü

Tovuz şəhərində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az  "Report"a  istinadən xəbər verir ki,   hadisə şəhərin giriş hissəsində qeydə alınıb. Üç avtomobilin toqquşması ilə nəticələnən qəzada ölən və yaralılar var.

Məlumatına görə, zəncirvari avtomobil qəzası zamanı ölən şəxslər, Tovuz rayon sakini, Müzəffər İlqar oğlu Hüseynzadə və Kamran Qasımovdur.

Müzəffər Hüseynzadənin tələbə olduğu bildirilir. Qəza nəticəsində xəsarət alan 2 nəfərin vəziyyəti isə ağırdır.

Qeyd edək ki, qəza toy mərasimindən qayıdan zaman baş verib.