Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-06 10:48:00
Hər qrup üzrə bu qədər abituriyent ali məktəbə qəbul ola bilməyəcək -Ekspert

Plan yerlərinin böyük əksəriyyəti tutulacaq”

Bu sözlər təhsil üzrə ekspert Elçin Əfəndiyə aiddir.

AzEdu.az  xəbər verir ki, universitetlərdə plan yerləri  barədə danışan Ekçin Əfəndi  boş qalan yerlərin  az olacağını bildirib:

“Bu il ali məktəblərə plan yerlərinin böyük əksəriyyəti tutulacaq, boş qalan yerlər az olacaq.

I ixtisas qrupu üzrə 1500, II ixtisas qrupunda 500, III ixtisas qrupunda 7000, IV ixtisas qrupunda 600, V ixtisas qrupunda isə, 200-ə qədər abituriyent ali məktəbə qəbul ola bilməyəcək. 

İxtisas  qruplarında planyerləri  III, IV, II, I, V qrup ardıcıllığı ilə dolacaq

Verdiyim heç bir proqnoz məni yanıltmadı.
Ekstrasens deyiləm. Nostradamusla da qohumluğum olmasa da, bu işi dərinliyinə kimi bilirəm”.

Rəna NƏBİ