Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-06 10:17:00
Rəşad Məcid kasıb tələbələrə görə müraciət etdi: “Bu qədərmi laqeyd olmuşuq?”

 

“Təhsil haqqına görə qazandıqları bakalavr və magistr yerlərindən imtina edənlərin problemi ciddidir”.

AzEdu.az xəbər verir ki, bu  problemi “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid dilə gətirib:

“Mənə  bir tələbə müraciət edib, kasıb anasının imkanı olmadığına görə magistraturadan imtina etmək istəyir.

İndi bir fakültə dekanının fikirlərini  oxudum: “İki tələbəm magistraturanı qazanıb, zəhmət çəkib nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün... İçim yanır!!!”
Əgər dekan da nalə çəkirsə, problemin ciddiliyinə diqqət verilməlidir”.

O, sözlərin imkanlı şəxsləri həmin tələbələrə yardım etməyə çağırıb.

“Dövlət təhsillə bağlı çox addımlar atıb. ( Baxmayaraq ki, universitetlər belə tələbələrdən ilk təhsil haqqını birdəfəyə yox, hissə-hissə tələb edə bilər.)
Bəlkə bu dəfə zəngin adamlarımız təşəbbüs göstərməli, önə çıxmalıdırlar?! Bu qədər zəngin insanlar, imkanlı şəxslər, varlı şirkətlər olan cəmiyyətdə təhsil haqqına görə tələbə adından niyə imtina edənlər olmalıdır ki?! Bu qədərmi özgə dərdinə laqeyd , etinasız olmuşuq?!”.

Rəşad Məcid Qurban Bayramı münasibəti ilə insanları imkansız tələbələrə yardım göstərməyə səsləyib.

“Qarşıdan Qurban Bayramı gəlir.  Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub. O qoyunları sıraya düzüb cənnətə yol axtarınca bu tələbələri sevindirib savab qazanın!

Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır!
Buyurun zənginlərimiz”.


Şükufə Süleymanlı