Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 11:14:00
BANM əcnəbi tələbələr üçün Yay məktəbi təşkil edir

Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı və “Maire Tecnimont” şirkətinin dəstəyi ilə Bakıda Yay məktəbi təşkil olunacaq.

Bu barədə  Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Sentyabrın 16-dan 24-dək davam edəcək Yay məktəbi “Davamlı ətraf mühit üçün enerji həlləri” mövzusuna həsr olunacaq.

Yay məktəbində əcnəbi tələbələrlə yanaşı, Bakı Ali Neft Məktəbinin III və IV kurs tələbələri, o cümlədən magistrantlar iştirak edəcək. Ümumilikdə, Yay məktəbinə 35 iştirakçı qatılacaq.

Proqram çərçivəsində iştirakçılar beynəlxalq və yerli ekspertlərin məruzələrini dinləmək, müxtəlif sosial-mədəni fəaliyyətlərə qoşulmaq və ölkəmizdə fəaliyyət göstərən istehsal strukturlarına təşkil edilən texniki səfərlərdə iştirak etmək imkanı əldə edəcəklər.

Yay məktəbi müddətində BANM-in yüksəkixtisaslı professor-müəllim heyəti tərəfindən iştirakçılara müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək. (report)