Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 22:01:00
ADU-da  valideynlər üçün “Açıq qapı” günü

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ixtisas seçimi edəcək abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günü keçirilib.

ADU-dan  AzEdu.az-a  verilən məlumata görə, tədbirdə elm və innovasiya məsələləri üzrə prorektor Sevinc Zeynalova hər bir abituriyentin qarşısına qoyduğu məqsəd və vəzifəyə çatmaq üçün ixtisas seçimində diqqətli olmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, ADU abituriyentlərə geniş imkanlar açır. Hər kəs əyani şəkildə universitetin maddi-texniki bazası ilə tanış ola bilər.

Təşkilati məsələlər üzrə rektorun müşaviri Seyfəl Həsənov deyib: “Əgər abituriyent universitetdədirsə, demək, o, fikrini qətiləşdirib. Sadəcə, əyani surətdə fikrinin doğruluğuna bir daha əmin olmaq istəyir”.

Müəllim Həmkarlar Komitəsinin sədri Misgər Məmmədov abituriyentlərə uğurlar arzulayıb, onların ADU-nu seçməkdə böyük uğura sahib olacaqlarını söyləyib.

Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov bildirib ki, ADU-nu seçən hər bir abituriyent potensialını, bilik və bacarıqlarını artırmış olacaq.

Sonra Tələbə Gənclər Təşkilatının üzvləri abituriyentləri və onların valideynlərini universitetlə daha yaxından tanış olmaq üçün infotura dəvət ediblər.