Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 13:54:00
Qida Təhlükəsizliyi Agentliyi bu şəxslərin Türkiyədə oxumaq xərcini öz üzərinə götürdü  

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi magistr təhsili almaq istəyənlər üçün Türkiyə universitetlərinə qəbul olunmuş şəxslərin təhsil haqqı və digər xərclərini ödəyəcək.

AzEdu.az xəbər verir ki, baytarlıq, aqronomluq və qida məhsulları mühəndisliyi ixtisasları üzrə magistr təhsili almaq üçün Türkiyənin ali təhsil müəssisələrinə qəbul olunmuş namizədlər bu şansdan yaralana bilərlər.

Agentlik həmin şəxsləri müsahibəyə dəvət edir. Müsahibə nəticəsində seçilən şəxslərlə müqavilə imzalanacaq və namizədin təhsil, o cümlədən digər xərcləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ödəniləcək.

Qeyd edək ki, müsahibədə iştirak etmək istəyənlər 2019-cu il iyul ayının 15-dən avqust ayının 15-dək öz şəxsi məlumatlarını [email protected] elektron ünvanına göndərə bilərlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları