Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 12:04:00
Son qəbul imtahanlarında 700 bala namizəd 3 abituriyent – Onları tanıyaq  

I və IV ixtisas qrupları üzə yay qəbul imtahanları başa çatdı.

2019-cu ildə bu qruplar üzrə 700 ballıq nəticə göstərə bilən abituriyent olmadı.

İyulun 7-də isə II və III ixtisas qrupları üzrə yay qəbul imtahanları keçiriləcək.

AzEdu.az həmin imtahanda 700 bal toplamağa namizəd 3 abituriyenti və onların ümumi nəticələrini ( buraxılış və yaz qəbul imtahanındakı) təqdim edir:

Masallı rayonu, 4 saylı Digah tam orta məktəbinin məzunu Şəhriyar Səmədov - II ixtisas qrupu üzrə 680,3 bal;

Sumqayıt şəhər 22 saylı məktəbinin məzunu Sərxan Həsənov – III ixtisas qrupu üzrə  675,7 bal;

Sumqayıt şəhər Təbiət elmləri təmayüllü Gimnaziyanın məzunu  Jalə Əhmədzadə - II ixtisas qrupu üzrə 641,6 bal.

Xatırladaq ki, abituriyentlər şəxsi seçimlərindən asılı olaraq yay qəbul imtahanlarında iştirak etməyə bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları