XƏBƏRLƏR

28.06.2019 14:13
Magistraturaya qəbul imtahanında islahatlar aparmaq zəruridir  

Hamıya məlumdur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onun əsasında Dövlət İmtahan Mərkəzinin yaradılması təkcə bu qurumun adının dəyişilməsi ilə bitmədi. Burada əsaslı dəyişikliklər baş verdi ki, bu da imtahan prosesində yaddaş testlərindən təfəkkür testlərinə keçid baş verdi. Bunun nəticəsidir ki, builki bakalavr qəbul prosesində yüksək nəticə göstərən abiturientlərin sayında müəyyən qədər azalma oldu. Bu imtahan prosesində istifadə olunan açıq sualların sayının artması və abuturientlərin hələ ki bu yeni prosesə tam uyğunlaşmaması ilə əlaqədardır. Prosesin belə gedişlə davam etməsi ilk mərhələdə tam normaldır. Yəqin ki, növbəti illərdə tələbə qəbulunda istifadə edilən bu imtahan suallarına abuturientlər uyğunlaşdıqca bu məsələdə də əvvəlki illərdə olduğu kimi tədrici dönüş yaranacaq və yüksək bal toplayan abuturientlərin sayında əsaslı artımlar olacaqdır. 

Bizim qəbul prosesi ilə bağlı əsas təkliflərimiz magistratura pilləsi ilə bağlıdır. Xüsusilə də sosial elmləri əhatə edən 42-ci proqramla. Hər il 42-ci proqramla aparılan qəbul prosesində müəyyən problemlər yaranır ki, biz bu problemlərin gələn dəfə düzələcəyinə ümid edirik. Amma növbəti il həmin problemlərlə yenidən qarşılaşırıq. Birincisi, 42-ci proqramda bakalavrların imtahan verdiyi fənnlər blokuna fəlsəfə, sosiologiya, politologiya (müəyyən miqdar da sosial işə) aid olan testlər daxil edilir. Bu imtahanda bütün əsas fənnlər üzrə testlər paritet əsasda bölünməli olduğu halda biz kecən ilin və bu ilin təcrübəsinə əsasən deyə bilərik ki, sadalanan bölgü pozulub. Builki qəbul prosesində politologiya fənninə aid testlərdən daha çox istifadə olunub. Keçən ilki qəbulda isə sosiogiyaya aid testlərə üstünlük verilmişdi. Belə olduğu halda fəlsəfə ixtisasını bitirən sosiologiya və politologiya fənnlərini yalnız bir smestr keçən bakalvrların və ya digər ixtisas bitirən bakalvrların imtahanda qəbul prosesinin ikinci mərhələsində uğurlu nəticə göstərməsi sual altında qalır. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu ilki qəbul prosesində imtahanlarda politologiya fənnindən düşən sualların sayı DİM ekspertlərinin verdiyi məlumatlar əsasında 22 olduğu açıqlanmışdır. Bu isə qəbul prosesində iştirak edən abuturyentlər arasında haqlı narazılıqlara səbəb olur. Qəbul prosesi ilə bağlı əsas iradlardan biri də odur ki, nədənsə politologiya ixtisası bitirənlər magistr proqramının ikinci mərhələsində politologiya fənnindən imtahan vermirlər. Amma sosiologiya, fəlsəfə, sosial iş və müəyyən qədər qeyri ixtisas bitirən 42-ci proqrama sənəd vermək imkanı olan psixoloqlar, kitabxanaşünaslıq ixtisasını bitirənlər, habelə Azərbaycan Dillər Universitetinin məzunu olmuş qeyri ixtisas profilli bakalvrlar politologiya fənnindən imtahan vernəli olurlar. Əgər sosial elmləri bitirmiş bakalavrlara heç olmasa politologiya fənni bir smest ərzində tədris edilirsə, digər ixtisaslarda isə bu fənn çox halda tədris olunmur. Belə olduqda isə digər ixtisaslardan sosial iş ixtisası üzrə magistra qəbul olmaq şansı əlçatan olmur.    

İkincisi DİM orta məktəbi bitirən məzunlar üçün imtahan nəticələrini 2 il müddətində keçərli hesab etdiyi halda, magistr imtahanının 1-ci mərhələsinin nəticələri növbəti il üçün keçərli hesab edilmir. Halbuki həmin imtahanlar DİM tərəfindən aparılır. Burada əsas məsələ imtahanda iştirak edib birinci mərhələdə uğur qazanmış, amma ixtisas mərhələsində ya lazımı keçid balını yığa bilməyən, ya da ödənişli əsaslarla magistr təhsili almaq istəməyən və ya buna maddi imkanı çatmayan məzunlar üçün qəbul imtahanının əlçatılan edilməsi fikrimizcə daha məqsədəuyğun olardı. Bu dəyişikliklər əgər qəbul olunarsa magistr pilləsinin birinci mərhələsinin imtahan stresindən və əlavə vaxt itkisindən müəyyən sayda magistr pilləsinə qəbul olunmayan və 1-ci mərhələdə yaxşı nəticə göstərmiş bakalavrlar azad olmuş olarlar.  Sadalanan məsələlərin gələn ilki qəbul prosesində nəzərə alınması fikrimizcə həm hərbi xidmətdən qayıtmış oğlan bakalavrlar, həm də əvvəlki ildə uğur qazana bilməmiş bakalavrlar üçün magistr pilləsinin əlçatan olmasına şərait yaratmış olar. İnanırıq ki, daim uğurlu islahatlarla gündəmdə olan DİM və onun rəhbərliyi sadalanan təkliflərin nəzərə alınması istiqamətində müvafiq addımlar atacaqdır.  

Fəlsəfə üzrə fəlsəfə doktoru,

dosent Rəşad Əsgərov

İlin gənc müəllimi-Müraciət formu