XƏBƏRLƏR

11.06.2019 11:00
Buraxılış imtahanlarında 6 milyondan çox yazı işi yoxlanılıb - Fantastik rəqəmlər

2019-cu il martın 3, 10, 17 və 31-də IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında 117 mindən çox şagird (abituriyent) iştirak edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.

Şagirdlərin ümumilikdə yazı işlərinin sayı 3042.000-dən çox olub. Ümumi yazı işlərinin sayı 3042.000 olsa da, hər bir yazı işi 2 marker tərəfindən qiymətləndirilir. Əgər markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir.

Bu o deməkdir ki, qeyd olunan imtahanlarda ən azı 6084.000-dən çox yoxlama işi həyata keçirilib.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu