Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-11 10:32:23
Azərbaycanda Moskva Politexnik Universitetində təhsil almaq istəyənlər üçün tədbirlər keçiriləcək  

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM) iyulun 6-dan 19-dək Azərbaycan vətəndaşlarını Moskva Politexnik Universitetində təhsil almağa cəlb etmək üçün tədbirlər keçirəcək.

Bu barədə AzEdu.az RİMM-in Mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd edək ki, təhsil büdcə vəsaitləri hesabına həyata keçiriləcək.

Hazırda Moskva Politexnik Universitetində İnformasiya texnologiyaları, Nəqliyyat, Maşınqayırma, Kimya texnologiyaları və Biotexnologiya, Şəhərsalma və şəhər təsərrüfatı, İqtisadiyyat və idarəetmə, Texnoloji sahibkarlıq fakültələrində, Ali Mətbuat və Media Sənayesi Məktəbində təhsil verilir. Universitetin filialları Ryazan, Kolomna, Çeboksarı, İvanteyevka, Tuçkovo, Podolsk, Elektrostal şəhərlərində fəaliyyət göstərir.