XƏBƏRLƏR

23.05.2019 23:01
Tələbələr elmi təcrübədə

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət və bədii keramika fakültəsinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində elmi təcrübə keçiblər.

Muzeydən AzEdu.az-a verilən məlumata görə, müəssisənin arxeologiya elmi fondunun müdiri, dosent Nasir Quluzadə, etnoqrafiya elmi şöbəsinin müdiri, dosent Gülzadə Abdulova və təsviri materiallar fondunun müdiri, dosent Nardanə Yusifova təcrübə müddətində tələbələrə muzeydə qorunan eksponatlar və onların tarixi haqqında ətraflı məlumat veriblər.

 

Tələbələr muzeyin fondları ilə yaxından tanış olublar.

İlin gənc müəllimi-Müraciət formu