Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-18 14:05:00
“İlk dəfə 700 bal toplayanlardan biri - şagirdimiz Nərgiz rus bölməsinin məzunudur” - ETİRAZ  

“2007-ci ildə respublika üzrə ilk dəfə 700 bal toplayan abituriyentlərdən biri 10 nömrəli tam orta məktəbin rus bölməsinin məzunu Nərgiz İsmayılbəylidir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı sözügedən məktəbin direktoru Leyla Məmmədova deyib. Onun sözlərinə görə, Nərgiz İsmayılbəyli Azərbaycan Tibb Universitetini uğurla başa vurub:

“Rus bölməsində təhsilin keyfiyyəti hər zaman daha yüksəkdir. Ötən il rus bölməsi üzrə “11 ç” sinfində oxuyan 23 şagirddən 22-si ali məktəbə daxil oldu. Universitetlərə qəbul olunan şagirdlərin içərisində rus bölməsində oxuyanların sayı daha çoxdur.Lakin Azərbaycan bölməsində təhsil alan savadlı uşaqlarımızın sayı da kifayət qədərdir”.

Xatırladaq ki, son günlər sosial şəbəkələrdə rus bölməsində təhsil alan şagirdlərin əyləncə məkanlarına və pis vərdişlərə qurşandığına və bu bölmədə oxuyanların təhsildə aşağı nəticə göstərdiklərinə dair fikirlər səsləndirilib.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları