XƏBƏRLƏR

15.04.2019 17:28
BDU-nun 2 prorektoru işdən çıxarıldı

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başlayıb. 

AzEdu.az demokrat.az-a istinadən xəbər verir ki, rektor Elçin Babayev BDU-nin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevi və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlını vəzifələrindən azad edib.  Prorektorların yerinə isə hələlik heç bir təyinat yoxdur.

Qeyd edək ki, işdən çıxarılan Sani Hacıyev və Nəbi Ramazanlı BDU-nin keçmiş rektoru Abel Məhərrəmova yaxın şəxslər kimi tanınır.

İlin gənc müəllimi-Müraciət formu