Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-19 16:00:00
56 il müəllim işləyən 85 yaşlı xanıma Novruz sovqatı verildi

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.

AzEdu.az xəbər verir ki, bu barədə ADNSU ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Bəhruz Nəzərov rəsmi feysbuk hesabında qeyd edib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alicənab aksiyası sayəsində Azərbaycanı çox sevən, ömrünün 56 ilini dünyada ən mühüm peşə saydığı müəllimlik peşəsinə həsr etmiş 85 yaşlı Anna Fedorovna Sokolavanın Novruz bayramını təbrik etdiklərini bildirib:

"Doğulduğu və yetkinlik yaşlarınadək yaşadığı Altıağac torpağında Novruzu necə gözəl qarşıladıqları haqda xatirələrini bizimlə bölüşən Anna Fedorovna vaxtilə Azİİ-nin tək Azərbaycan üçün deyil, bütövlükdə SSRİ sənayesi üçün kadrların hazırlanmasındakı rolundan danışdı. Heç görmədiyimiz, tanımadığımız insanları sevindirmək təlaşı bizə bu gün fərqli hisslər yaşatdı. Bu gün dostluğun, xeyirxahlığın, minnətdarlıq və birlik hissinin göstəricisi oldu".