XƏBƏRLƏR

14.03.2019 18:15
UNEC-də İqtisadiyyat İnstitutunun şöbə müdirinin məruzəsi dinlənilib  

Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayevin “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.

İqtisadiyyat İnstitutundan AzEdu.az-a bildirilib ki, UNEC-in professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə Akif Musayev iqtisad elminin müasir problemləri, dəyişən makroiqtisadi göstəricilər və qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrindən danışıb. Alim vergi yükünün hesablanması və qiymətləndirilməsi, orta vergi yükünün digər makroiqtisadi göstəricilərə təsirinin qiymətləndirilməsi və bu sahədə apardığı tədqiqatlardan, əldə olunan nəticələrdən bəhs edib.

Məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Maraqlı məruzəsinə görə Akif Musayev UNEC-in fəxri fərmanı ilə təltif edilib.

İlin gənc müəllimi-Müraciət formu