Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-01 16:25:00
Təhsil Nazirliyi ilə AzEdu.az -ın birgə layihəsi - “Bizim müəllim” - FOTO

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayan, Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir.

“Bizim müəllim” layihəsi bu dəfə

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Ağstafa rayonu Vurğun qəsəbə tam orta məktəbində çalışan Şahin Hüseynovdur. O, 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 58 bal toplayıb. “Müəllim həmişə oxumalı, yenilik axtarışında olmalıdır, çünki bilik yalnız ali təhsil diplomu ilə məhdudlaşmır” deyən Şahin Hüseynov fizika fənninin incəliklərini şagirdlərinə sevə-sevə öyrədir.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.