Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 22:09:00
UNEC-in müəllimlərindən tədrisin keyfiyyətinin artırılması ilə bağlı təkliflər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ali məktəbdə təhsilin keyfiyyətinin daha da artırılması, idarəetmənin, eləcə də müəllim-tələbə münasibətinin müasir səviyyədə qurulması istiqamətində universitetə yeni dəyərlər qazandıra biləcək təklifləri olan müəllimlərlə görüşüb. UNEC-dən AzEdu.az-a bildirilib ki, görüşdə universitetin 12 müəllimi təkliflərlə çıxış edib. Onların tədrisin keyfiyyətinin artırılması, dərs vəsaitlərinin, imtahan prosesinin daha da təkmilləşdirilməsi, tələbə mobilliyinin təmin edilməsi, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və digər istiqamətlərdə təklifləri dinlənilib, müzakirələr aparılıb.

 

Rektor bır sıra təkliflərin həyata keçirilməsi istiqamətində müəllimlərə tövsiyələrini verib, onları bu işdə daha fəal və təşəbbüskar olmağa çağırıb.