Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 15:48:00
LDU-nun tələbələri təhsil müəssisəsində tətbiq edilən yeni qaydalara etiraz etdiblər

Lənkəran Dövlər Universitetinin (LDU) tələbələri təhsil müəssisəsində tətbiq edilən yeni qaydalara etiraz olaraq aksiya keçiriblər.

AzEdu.az "Report"a istinadən xəbər verir ki, tələbələr qaydaların elan olduğu vaxtdan başlayaraq ali məktəbin həyətinə toplaşıblar və buna etiraz ediblər. 

Onlar bildiriblər ki, yeni qaydaların ləğv olunması üçün Təhsil Nazirliyinə də müraciət ediblər: "Yeni tətbiq olunan qaydalara görə semestr ərzində sərbəst iş və davranışa görə yazılan ballar daha hesablanmayacaq. Əvəzində kollekvium və seminar balları ilə əsas götürüləcək. Bu da tələbələrə 50 balı toplamaqda çətinliklər yaradacaq. Belə bir sərt qayda digər ali təhsil müəssisələrinin heç birində yoxdur".

Qeyd edək ki, tələbənin bir semestr ərzində hər hansı fənn üzrə toplaya biləcəyi maksimum bal 100-ə bərabərdir.

İndiyə qədər LDU-da tələbələrin topladığı ümumi balın yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə verilirdi. 

Balların ümumi miqdarı isə belə idi;

- 50 bala qədər imtahanın nəticəsinə;

- 20 bala qədər seminar və laboratoriya dərslərinə davamiyyətə və mətnlərin tərtibinə;

- 10 bala qədər - kurs işlərinin yazılması və müdafiəsi.

Konkret fənn üzrə semestr ərzində toplanmış balın miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:

- 50 baldan aşağı (50-də daxil olmaqla), - “qeyri kafi”, 51-70 bal – “kafi”, 71-90 bal – “yaxşı”, 91-100 bal – “əla”.