Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 14:17:00
"İtkin düşən tələbənin valideynləri aldadılmayıb" - Xəzər Tv-dən AÇIQLAMA

Fevralın 18-dən etibarən itkin düşən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs tələbəsi Mayis Qurbanovun tapılmasına dair valideynlərinə hər hansı yanlış məlumat verilməyib.

Bu barədə Xəzər Tv-də yayımlanan “Səni axtarıram” verilişinin əməkdaşları AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, itkin düşən Mayis Qurbanov tapılmayıb. Sadəcə olaraq Xoşqədəm Hidayətqızı efirdə Mayisin anasına müraciət edərək oğlunun tapılması üçün studiyaya gəlib verilişdə iştirak etməsini xahiş edib.

Xəzər Tv-dən eyni zamanda, Mayis Qurbanovun valideynlərinin aldadılmadığını və onlara yanlış informasiyanın verilmədiyini bildiriblər.

Xatırladaq ki, itkin düşən Mayis Qurbanovun valideynləri Xəzər Tv-də Xoşqədəm Hidayətqızının təqdimatı ilə yayımlanan “Səni axtarıram” verilişinə müraciət ediblər. Yaxınlarının sözlərinə görə, verilişin prodüseri tələbənin valideynlərinə Mayisın tapıldığını bildirsə də, tapılanın əslində başqa biri olduğu ortaya çıxıb. Bununla belə, Mayisin anasının yenidən Xəzər Tv-ə dəvət edildiyi bildirilmişdi.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları