Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-23 15:46:25
2019-cu ildə keçiriləcək imtahanların dəqiq vaxtları – RƏSMİ  

23 gündür ki, 2019-cu ili yaşamaqdayıq. Bu il, bəzi imtahanlarda ediləcək müəyyən dəyişiklərlə də yadda qalacaq.

Dövlət İmtahan Mərkəzi  2019-cu ildə keçiriləcək bir neçə imtahanın  dəqiq tarixini rəsmi elan edib.

AzEdu.az  2019-cu ildə DİM tərəfindən keçiriləcək və tarixləri dəqiq və qismən bəlli olan imtahanların təqvimini təqdim edir:

26 yanvar – TOEFL imtahanı;

27 yanvar – İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı;

3 fevral – Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sınaq imtahanı;

17 fevral – Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı;

24 fevral - Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi;

7 aprel – Rezidenturaya qəbul imtahanının I mərhələsi;

4 may- SAT imtahanı;

26 may-Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsi.

14 iyul – Rezidenturaya qəbul imtahanının II mərhələsi.

Buraxılış və qəbul imtahanlarının isə hansı aylarda keçiriləcəyi bəllidir:

Mart, 2019- IX sinif şagirdləri üçün buraxılış imtahanı I mərhələ;

Aprel, 2019 – XI sinif şagirdləri üçün buraxılış imtahanı;

May,2019- Ali məktəblərə qəbul imtahanları I şans;

İyun, 2019 – IX sinif buraxılış imtahanı II mərhələ;

İyun, 2019 –Ali məktəblərə qəbul imtahanları II şans.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları