Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-29 12:35:00
Bu il Bakıdakı 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər açılıb

Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində 2018-ci ildə paytaxtdakı 30 ümumtəhsil məktəbində “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində həmin məktəblərin informatika müəllimləri üçün seminar təşkil edilib. Həmçinin 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər açılıb.

Bundan əlavə, 4 ümumtəhsil məktəbində ingilis dili resurs mərkəzləri təsis edilib. Mərkəzlərin fəaliyyəti çərçivəsində 20 müəllim Böyük Britaniyada 5 günlük təkmilləşdirmə təlimində iştirak edib. Həmçinin 17 ingilis dili müəllimi Bakıda “British Council” təşkilatının təlimçiləri tərəfindən keçirilən təlimlərə qatılıb. İl ərzində mərkəzlərin fəaliyyətindən 600-dən artıq şagird yararlanıb.