Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 17:03:00
Uşaqların böyüklərlə müqayisədə yaradıcı olmasının səbəbləri

Çoxları orta məktəb həyatının daha asan və qayğısız olduğunu düşünür. Elə bu səbəbdən yenidən orta məktəb illərinə qayıtmaq istəyənlər az deyil. Dürüst və ədalətli olmağı öyrəndiyimiz, vaxtımızın çoxunu fantaziya və xəyallar quraraq keçirdiyimiz məktəb həyatı. Mütəxəssislər uzun müddət xəyala dalmağın insanı yaradıcılığa təhrik edən, ona kreativ işlərə cəlb edən amil olduğunu düşünürlər. Uşaqların böyüklərlə müqayisədə daha yaradıcı olmasının səbəbi də elə budur.

Əgər orta məktəbdə öyrəndiklərimizi həyatımıza tətbiq edə bilsək, hazırkı problemlərin çoxu aradan qalxar.

AzEdu.az nümunəvi orta məktəbdə öyrədilən və həyatımıza tətbiq etməmiz gərəkən əsas şeyləri təqdim edir.

-Sual verərək yeni şeylər kəşf etmək;

-Zehni öz axarına buraxaraq, rahatlamaq;

-Heç nəyi çox ciddiyə almamaq;

-Gərgin həyatdan uzaq olmaq, bəzən uşaq oyunları belə oynamaq, həyatdan həzz almaq;

-Gələcək kollektivdə komanda ilə işləmək bacarığı;

-Özünə güvənmək;

-Paylaşmağı bacarmaq;

-İş zamanı sərbəst, rahat hiss etmək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları