Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 09:45:00
Prezident və xanımı orta məktəbdə yaradılan şəraitlə tanış olub    

Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq, dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib. Məktəbin 540 şagird yerlik yeni korpusunda 21 sinif otağı var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait var.

Bu layihənin icrası Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün uşaqlarının təhsilli, bilikli və intellektual səviyyədə yetişməsinə nə dərəcədə həssaslıqla yanaşmasının əyani təzahürüdür. Eyni zamanda, bu işlər ümumilikdə ölkəmizdə təhsil sahəsinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra olunan layihələrin ardıcıl və keyfiyyətlə davam etməsini göstərir.