Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-27 12:55:00
Məktəbliləri daşıyan avtobus aşdı - 35 nəfər yaralandı

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında məktəbliləri aparan avtobus aşıb.

AzEdu.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 35 məktəbli xəsarət alıb.

 

Məktəblilərin xəstəxanaya yerləşdirildiyi, həyatlarına təhlükə olmadığı deyilir.

Qəzanın səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.