Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-26 12:37:48
Fiziki məhdudiyyətli şagirdlərə müjdə - Pulsuz müayinə, təhsil və işlə təmin olunmaq imkanı

Azərbaycanda fiziki məhdudiyyətli uşaqlar üçün evdə təhsil nəzərdə tutulub. Çoxları bu barədə məlumatlı olsa da, bu təhsilin sağlamlıq imkanları məhdud uşaqlar və onların ailələrinə verdiyi hüquqlardan xəbərsizdirlər. Bu təhsil onlara pulsuz müayinə, təhsil və işlə təmin olunmaq imkanları yaradır.

AzEdu.az məlumat verir ki, sağlamlıq imkanı məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial ekspert komissiyasında pulsuz müayinə olunmaq hüququ var. Fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olanların isə pulsuz korreksiyası həyata keçirilməlidir

Sağlamlıq imkanları məhdud şagirdlər xüsusi təhsilin müvafiq tədris proqramları üzrə məktəbəqədər və ümumi təhsil ala bilərlər. Onlar həmçinin kütləvi peşələr üzrə hazırlıq keçmək, ən əsası isə təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olunmaq hüququna sahibdirlər

Belə şagirdlərin valideynləri üçün də müxtəlif hüquq və vəzifələr nəzərdə tutulub. Onlar yuxarıda qeyd edilən komisiyaların apardığı müayinə nəticələrinin müzakirəsində, təhsil tipinin müəyyənləşməsində iştirak edə bilərlər. Razı qalmadıqda isə komisyadan şikayət etmək hüququna sahibdirlər.

Belə valideynlər üçün xüsusi təhsil məsələləri ilə bağlı pulsuz xidmət təşkil edilməlidir.

Xüsusi təhsil növünə əsasən, sağlamlıq vəziyyətinə görə məktəbdə təhsil almaq imkanı olmayan şagirdlərin təhsili evdə təşkil edilir.

Hər hansı tibb müəssisəsində 21 gündən artıq qalmalı olan şagirdlərin elə orada ümumi tədris proqramlarına uyğun təhsili təşkil edilməlidir.

Qeyd edək ki, bu hüquq və vəzifələr Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında qanunun 5-ci madəsində əksini tapıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları