Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 12:05:00
2016-2017-ci illərdə bu qədər tələbə dərsə getməyib – Qızlar sayca çoxdur...  

Ali təhsil müəssisələrində tələbələrin dərsə davamiyyəti qaib limiti vasitəsilə tənzimlənir. Dərs saatlarına uyğun olaraq, hər fənnin qaib limiti müəyyənləşdirilir.  Tələbə bu limiti keçdiyi təqdirdə həmin fənnin sessiya imtahanına buraxılmır. 

Bəs, Azərbaycan ali məktəblərində tələbələrin dərsə davamiyyət faizi nə qədərdir?

AzEdu.az-a Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2016-2017-ci tədris ilində ali təhsil müəssisələrində tələbələrin dərsə davamiyyət faizini təqdim edir:

Azərbaycan universitetlərində sözügedən tədris ilində 1,7%  tələbə dərsə gəlməyib. Onlardan 1,1% -i oğlan, 2,2%-i isə qızlardır. Beləliklə, qızların dərs buraxma faizi oğlanlara nisbətən daha yüksəkdir.

Xəstəliyə görə 0,3%, digər səbəblərə görə isə 1,4% tələbənin dərsə davamiyyəti pozulub.

Xəstəliyə görə oğlanların 0,2-i, qızların 0,4%-i dərslərə gəlməyib. Digər səbəblərə görə isə oğlanların 0,9, qızların 1,8%-i  bütün semestr boyu dərslərdə iştirak etməyiblər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları