Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 11:13:58
“Qətl dərs vaxtı və  universitet ərazisində olmayıb” –Öldürülən tələbəylə bağlı açıqlama  

“Qətlə yetirilən gənc Azərbaycan Texniki Universitetin Nəqliyyat fakültəsinin II kurs tələbəsidir. Birmənalı şəkildə deyə bilərəm ki, hadisə dərs vaxtı və ya universitet ərazisində baş verməyib”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Texniki Universitetinin mətbuat katibi Nicat Abdullayev deyib. Onun sözlərinə görə, hadisə bazar günü baş verib:

“Elman  Xəlilov bazar günü uşaqlıq dostuyla bir yerdə olub. Hadisə də həmin vaxt baş verib. Gənc AzTu-nun Nəqliyyat fakültəsinin II kurs tələbəsidir. Birmənalı şəkildə deyə bilərəm ki, hadisə dərs vaxtı və ya universitet ərazisində baş verməyib. Texniki Universitet olaraq, hadisəylə bağlı kədərləndiyimizi bildiririk. Bizdə olan məlumat hələlik bu qədərdir. Başqa məlumat olarsa, mətbuata məlumat veriləcək”

Qeyd edək ki, Nərimanov rayonu, Atatürk prospektində Murquzov Rauf İlqar oğlu 2001-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlunu bıçaqlayaraq qətlə yetirib. Rauf Murquzov saxlanılıb.

R.Murquzov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, E.Xəlilov isə Azərbaycan Texniki Universitetinin tələbəsi imiş. Faktla bağlı araşdırma aparılır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları