Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-23 10:13:00
Tələbə üzünə illərdir həsrət qalan kəndlər - Göygölün geridə qalan təhsili

Qəbul  imtahanlarındakı  yüksək  göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az  Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Göygöl rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir: 

Şəhriyar kənd orta məktəbi üzrə 1996 və 2013-cü illər;

Zurnabad kənd orta məktəbi üzrə 2000-2002, 2012-2013 və 2016-2017-ci illər;

E.Bayramov adına Topalhəsənli kənd orta məktəbi üzrə 1998-1999 və 2005-2010-cu illər;

Ü.Quliyev adına Toğana kənd orta məktəbi üzrə 1997-1998 və 2000-2010-cu illər;

Quşçu kənd orta məktəbi üzrə 2008-2011-ci illər;

N.Verdiyev adına Sarısu kənd orta məktəbi üzrə 1999-2013-cü və 2015-2017-ci illər;

M.Cəfərov adına Pənahlılar kənd orta məktəbi üzrə 2000-2011-ci illər;

Çaylı kənd orta məktəbi üzrə 1995-1997-ci illər;

Qızılca kənd orta məktəbi üzrə 2005-2007-ci illər;

Aşıqlı kənd orta məktəbi üzrə 2000-2003 və 2014-2015-ci illər;

Dozular kənd orta məktəbi üzrə 2001-2011-ci illər;

Kərəmli kənd orta məktəbi üzrə 2004-2012-ci illər;

Gəncə kənd orta məktəbi üzrə 2003-2015-ci illər;

Yeni Zod kənd orta məktəbi üzrə 1995-1998-ci illər;

Köşkü kənd orta məktəbi üzrə 1995-2010-cu illər;

Hacıməlik kənd 1 saylı orta məktəbi üzrə 1996 və 2017-ci il illər ərzində heç bir məzun ali təhsil müəssisələrinə daxil ola bilməyib.

Sözügedən orta təhsil müəssisələrindən əlavə, Göygöl rayonunun bəzi məktəblərində də qəbul göstəriciləri respublika səviyyəsindən aşağıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları