Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-20 12:54:44
Cəlilabadda şagirdin döyülməsi ilə bağlı direktor əvəzi işdən çıxarıldı

Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktor əvəzi Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.

AzEdu.az xəbər verir ki, Təhsil Şöbəsindən Trend-ə verilən məlumata görə, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb.

Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək.