Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-20 11:09:33
Azərbaycan məktəblərində təhlil etmək bacarığı yoxdur - ARAŞDIRMA  

Azərbaycan məktəbi elmi-pedaqoji jurnalı TIMMS 2015 araşdırmalarına əsasən, ölkələrdəki kurikulum məzmununun təlim nəticələrinə nisbətini təqdim edib.

AzEdu.az xəbər verir ki, kurikulumun məzmun yükü ilə təlim nəticələri arasında ən böyük fərq Azərbaycanda müşahidə edilib. Ayrılan məzmunun yükü 30, 5 % olsa da, təlim nəticələri 17% olub. Rusiyada isə  təlim nəticələri ayrılan məzmun yükündən daha çox olub. Kurikulum məzmununun yükü 56, təlimin nəticələri isə 60 % olub.

Həmçinin TIMMS 2015 araşdırmaları Azərbaycan və Rusiyada  bilmək, tətbiq və  təhlil etmək bacarıqlarının mütənasibliyini aşkar edib. Məlum olub ki, ölkəmizdə bilgi 73 % olsa da, cəmi 27 %  tətbiq olunur. Təhlil etməklə bağlı isə heç bir göstərici qeyd olunmayıb. Rusiyada isə bilgi 18%, tətbiq etmək 38%, təhlil etmək isə 44% təşkil edib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları