Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 14:40:00
Məzunlarının  Türkiyədə  ödənişsiz oxuduğu deyilən  liseyin direktoru: “Bu, yalandır, aldanmayın”

Son zamanlarda  Türkiyə  ali məktəblərinə qəbul medianın gündəmindən kənarda qalmır.

Sosial şəbəkələrdə də bu barədə müxtəlif  fikirlər müzakirə olunmaqda davam edir.

Yayılan məlumata görə, Türkiyə  Dəyanət  Vəqfi Bakı Türk Liseyinin məzunları  Türkiyədə  fəaliyyət  göstərən  dövlət  ali təhsil müəssisələrinə daxil olduqları təqdirdə tamamilə ödənişsiz əsaslarla təhsil ala biləcəklər.

Məsələ ilə bağlı TDV Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu AzEdu.az-a açıqlama verib. Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Belə bir məlumatın heç bir əsası yoxdur. Yayılanlar qətiyyən düzgün deyil. Buna görə də valideynlər bu xəbərlərə aldanmasınlar. Əgər müəyyən güzəşt nəzərdə tutularsa belə, bu, TDV Bakı Türk Liseyinin şagirdlərinə yox, bütün türk liseyi məzunlarına şamil olunacaq”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları