Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-14 09:00:00
Məcburi köçkünlər məktəbində ingilis dili proqramı həyata keçirilir

ABŞ səfirliyi və beynəlxalq təhsil üzrə Amerika şurası Sumqayıtda yerləşən məcburi köçkünlər məktəbində ingilis dili proqramını həyata keçirir.

AzEdu.az xəbər verir ki, Qubadlının Sumqayıtda yerləşən Dəmirçilər kəndinin orta məktəbində dekabrın 4-də başlayan Bilik Qüvvədir proqramı çərçivəsində Azərbaycanlı məcburi köçkün uşaqlarına İngilis dili tədrisi ilə yanaşı Birləşmiş Ştatların mədəniyyəti barədə məlumatlar veriləcək.

Bakıdakı ABŞ səfirliyinin sponsorluğu, Nazirlər Kabineti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan bu proqram Beynəlxalq Təhsil Üzrə Amerika Şurası tərəfindən həyata keçirilir.

Sözügedən iki illik proqram problemlərin həlli və kritik düşüncə bacarıqların inkişafıda daxil olmaqla Amerikın tədris təcrübələrinin tətbigini nəzərdə tutur və qaçqın gənclərin İngilis dili səviyyəsinin artması və şəxsi inkişafı məqsədini daşıyır.

Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Ölkə üzrə Direktoru Codi Blankerşip və ABŞ Səfirliyinin Mədəniyyət Məsələləri Üzrə Müşaviri Heydi Smit, yerli məcburi köçkünlər icmasının nümayəndələri, Qubadlı Təhsil Şöbəsinin nümayəndələri, məcburi köçkün valideyinlər və tələbələr proqrmın açılışında iştirak etmişlər. Proqram məktəbdə oxuyan 20 məcburi köçkün şagird üçün nəzərdə tutulub.

Proqram barədə ətraflı məlumatı Səfirliyin Facebook, Instagram, və Twitter səhifələrindən ala bilərsiniz.