Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 13:58:44
“I və III qruplara mütləq Coğrafiya fənni artırılmalıdır” – Gənc müəllimdən qıcıqlandırıcı təklif  

“Şagirdlər imtahan verəcəyi ixtisas qruplarında olmayan fənləri oxumurlar. Sonradan həmin ixtisaslara qəbul olan zaman isə çətinlik çəkirlər. Ona görə də, Coğrafiya fənni I və III ixtisas qruplarına əlavə olunmalıdır”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Yardımlı rayonu Şıxhüseynli kənd orta məktəbinin Tarix-Coğrafiya müəllimi Posu Mansırlı deyib. Onun sözlərinə görə, Coğrafiya elə bir fəndir ki, insanın dünyagörüşünün formalaşmasında mühüm yer tutur:

“Hər şagird Coğrafiya fənnini mükəmməl öyrənməlidir. O ki qaldı III ixtisas qrupuna Coğrafiya fənninin artırılmasına, bəli, artırılmalıdır. I ixtisas qrupunda da elə ixtisaslar var ki, sırf Coğrafiyaya aiddir və ya bu fənnin bir qoludur.

Bizim şagirdlərin pis xüsusiyyəti ondadır ki, imtahan verəcəkləri ixtisas qruplarında olmayan fənləri oxumurlar. Sonradan həmin ixtisaslara qəbul olan zaman çətinlik çəkirlər. Ona görə də, fikrimcə, Coğrafiya fənni I və III ixtisas qruplarına əlavə olunmalıdır”.

Müəllim I ixtisas qrupunda Coğrafiyanın qolu olan Geodeziya və Kartoqrafiya ixtisasının olduğunu vurğulayıb:

“Bu ixtisas Coğrafiyanın bir qoludur. Coğrafiyanı bilməyən şagird buraya qəbul olunduqda həmin ixtisas tələbə üçün çətinlik yaradır və Coğrafiyanı yenidən oxumalı olur. Ancaq həmin ixtisas qrupunda bu fənn əlavə edilsə, tələbə üçün daha asan olar. Fənn sayının artması çətinlik yaratsa da, elm üçün hər çətinliyə dözmək lazımdır”.

Xatırladaq ki, bir neçə müəllim III ixtisas qrupuna Coğrafiya fənninin əlavə edilməsini təklif edir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları