Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 12:23:00
Vətənpərvərlik necə təbliğ olunur?-Məcburi köçkün məktəbi şagirdinin düşündükləri

Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur:

Vətənpərvərlik hər kəsin daxili aləmindən doğan duyğudur.  Onun daha dərinləşməsi üçün müxtəlif qurumların fəaliyyəti şərt olsa da, bu hiss əzəldən hər kəsdə olmalıdır. Elə Nicatın dediyi kimi:

“İki cür sevgi var: Birincisi insanların şəxsi həyatında olur, digəri isə müəllim və şagird arasında. Hə, bir də vətən sevgisi var… İnsanın şəxsi həyatında sevgi olmaya bilər, amma vətən sevgisi mütləq hamıda olmalıdır”.

Laçın rayon  Taxtakörpü məcburi köçkün məktəbinin şagirdi Nicat Bəndəliyev belə düşünür…

Nədir onu belə düşünməyə vadar edən? Valideynlərinin xatirələrindən eşitdiyi məcburi köçkün həyatı, yoxsa öz dərrakəsi?

-Əsas səbəb Nicatın onu vətənpərvər ruhda yetişdirmək üçün çəkilən zəhmətləri görüb, qiymətləndirməsidir.

Ümummilli lider Heydər Əliyevin sözlərinə görə, milli vətənpərvərlik hələ körpəlikdən hər vətəndaşın həyat prinsipi, qanunu, nizamnaməsi olmalıdır.

Vətənpərvərliyi hər kəsin mənəvi borcu hesab edən hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, onun təbliği, gənclərin səfərbərliyəqədərki hazırlığı üçün əsas məsuliyyətlərdən biri də Təhsil Nazirliyinin boynuna düşür:

“Müharibə görmüş, vətənini, torpağını sevən biri kimi hesab edirəm ki,  hərbi dərslər mütləq zəngilləşdirilməlidir. Sabah Qarabağda daha amansız, radikal əməliyyatlar həyata keçirilə bilər. Bunu nəzərə alaraq, hərbi məsələyə diqqətin artırılması daim Azərbaycanın bir nömrəli vəzifəsi olub”.

Sərhədlərə sığınan dünyada ərazi bütövlüyünün qorunması üçün ölkələr vətənpərvərliyin təbliğində müxtəlif vasitələrdən yararlanırlar. Ölkəmizdə yeniyetmələrin vətənpərvər ruhda böyüməsinə xidmət edən qurumlardan biri də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir.

7 ildir fəaliyyət göstərən qurum vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsini, çağırışaqədərki hazırlığını nəzarətdə saxlayır, onların bu ruhda yetişdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. O, öz fəaliyyətində Konstitusiya, beynəlxalq müqavilələr, həmçinin bütün hüquqi sənədləri rəhbər tutur. Xidmətin rəisi general-leytenant Arzu Rəhimovdur.

“Vətənin müdafiəsinə hazıram!” layihəsi Xidmətin gənclərin vətənpərvər ruhda yetişdirilməsinə şərait yaradan tədbirləri sırasındadır.

Elə Xidmətin yaradılmasının 7-ci ildönümü münasibətilə elan edilən bu müsabiqə də KİV nümayəndələrini vətənpərvərliyin təbliğinə daha da təkan verməyə səsləyir. Xidmətin necə böyük işlər gördüyünü araşdırdığımıza görə, onun növbəti illərdə vətənpərvər gələcəyə daha böyük töhvələr verəcəyinə əminik.

Aydındır ki, az yaşdan vətənpərvərliyi dərk edənlər, məcburi köçkün həyatının əzablı xatirələrini öz vətənpərvərlik hissi ilə ovutmağa çalışanlar az deyil… Onlar əsən soyuq mehdə belə  sərgərdə vətənin müdafiəsi naminə üşüyən əsgərləri xatırlayırlar. Onlardakı bu vətənpərvərliyin Qarabağı azad etməyə qadir olduğuna inanır, növbəti illərdə bu vətənpərvər ruhlu yazı müsabiqəsinin Qarabağda keçirilməsini arzu edirik.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları