Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-03 15:27:53
Orta məktəbi qızıl medalla bitirən məzunlar qəbul imtahanlarından azad olunacaqlar    

Orta məktəbi qızıl medalla bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarından azad olunacaqlar.

AzEdu.az Modern.az-a istinadən məlumat verir ki, bu barədə Milli Məclisdə hazırlanan yeni “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilib.

Belə ki, qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.