Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-01 12:00:00
Direktorluğa namizədlərin nəzərinə! - Müsahibədə bu suala hazır olun

Direktorların işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.

Göstəricilər  elə də ürəkaçan olmasa da, minimum 40%  nəticə  toplayanlar müsahibə mərhələsində iştirak hüququ  qazanıblar.

Bu etapda namizədlərə ümumi təhsil hüququ, dünyagörüşündən  tutmuş, onun baxış bucağını, təhlil qabiliyyətini əks etdirən suallaradək veriləcək.

AzEdu.az müsahibə mərhələsində ümumi təhsilin idarəçiliyi ilə bağlı  verilməsi gözlənilən sualların cavabını təqdim edir. Onlardan biri də belədir:

-Məktəb direktoru və direktor müavinləri vəzifə funksiyalarının icrası ilə yanaşı, zərurət olduğu halda ixtisası üzrə ən çoxu neçə saat dərs apara bilərlər?

Cavab:

12 saata qədər. Zərurət olduqda dərs  saatlarının sayı artırıla bilər. Amma 0,5 ştat vəzifə maaşı alanlara 18 saata qədər dərs verilə bilər.

Ətraflı:

Bütün tipdən olan ümumtəhsil məktəbləri (internat məktəbləri daxil olmaqla), lisey, gimnaziya, peşə məktəbi və peşə litseylərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480) qədər dərs apara bilərlər. Bundan əlavə onlar müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda, zəruri ehtiyac yarandıqda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı ilə saathesabı əmək haqqı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata ) qədər də dərs apara bilərlər.

Qeyd edək ki, müsahibə mərhələsinin dekabr ərzində keçirilməsi, yeni təqvim ilinədək yekunlaşması nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları