Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-30 12:00:00
Orta məktəblərdə dini mövzuda tədbir keçirilib    

Ağstafa şəhər 1 və 2 saylı tam orta məktəblərində "İslamda Vətən anlayışı” mövzusunda tədbir keçirilib. 

AzEdu.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq bildirib ki, Ağstafa rayonunda dini qurumlarla münasibətlər Azərbaycan Respublikasının  Konstitusiyası və “Dini etiqat azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən qurulur. 

Qeyri ən-ənənəvi dini təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Qeyd olunub ki, vətənini, xalqını, onun dinini və dilini sevmək hər bir gəncin qarşısında duran əsas vəzifələrdən biridir. 

Daha sonra  Rayon Ağsaqqallar Şurasının sədri Ağstafa cümə məscidinin dini icmanın üzvü Firdovsi Heydərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə nümayəndəsi Rasim Tağıyev, İmam Əli adına Ağstafa cümə məscidi dini icmasının sədri Şahin İsmayılzadə və digərləri çıxış ediblər. 

Bildirilib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində islama, onun ayrı-ayrı mübarək bayramlarına yüksək hörmət, ehtiram, etiqad mövcuddur. 

Qeyd olunub ki, Prezident İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmlənməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir.