Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 17:28:52
ABŞ səfirliyi Kəlbəcər köçkünləri üçün ingilis dili kursları açdı - FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyinin diplomatları, Kəlbəcər rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin nümayəndələri noyabrın 28 Gəncədə məskulaşan Kəlbəcər məcburi köçkünlər icmasından olan uşaqlar üçün ingilis dili kurslarının rəsmi açılışında iştirak ediblər.

Bu haqda AzEdu.az-a səfirlikdən məlumat verilib.

Sözügedən layihə 2019-cu ilin iyun ayına kimi davam edəcək. Eyni zamanda üç Kəlbəcər məktəbindən olan 45 məcburi köçkün tələbəyə ingilis dili bacarıqlarını inkişaf etməyə imkan yaradacaq.