Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 11:39:20
Ceyhun Bayramov statistik göstəriciləri AÇIQLADI

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.

AzEdu.az xəbər verir ki, qurultayda çıxış zamanı təhsil naziri Ceyhun Bayramov aparılan təhsil islahatları ilə bağlı statistik göstəriciləri açıqlayıb.

  O, 9-cu sinif buraxılış imtahanlarında (bütün  fənlərdən müsbət  qiymət alanlar) şagirdlərin statistik göstəricilərini qeyd edib:

“9-cu sinif  buraxılış imtahanlarında (bütün fənlərdən müsbət qiymət alanlar)2012-ci ildə  50.27%,  2013-cü ildə  58.41%,  2014-cü ildə- 62.04%,2015- ci ildə 64.62% , 2016-cı ildə  67.22%  müəyyənləşdirilib”.

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları