Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-26 12:39:58
İbtidai sinif müəllimləri də direktor ola bilərlər? – Bir sualın əmması  

Direktorların işə qəbulu müsabiqəsinin ərizə qəbulu və test imtahanı mərhələsi artıq yekunlaşıb. Prosesin təhsil mediasında yaratdığı gündəmi izləyib gələn il keçiriləcək müsabiqələrdə iştirak etmək istəyənlər az deyil. Onların ən çox verdiyi sual isə  müsabiqədə kimlərin iştirak edə bilməsi ilə bağlıdır. Xüsusilə də ibtidai sinif müəllimlərinin imtahanlara qatıla bilib-bilməyəcəyi çoxlarında sual yaradıb.

AzEdu.az ən çox verilən suala cavabı təqdim edir:

-İbtidai sinif müəllimləri direktorların işə qəbulu müsabiqəsində iştirak edərək bu vəzifənin sahibi ola bilər?

Cavab:

Bəli! Qaydalara əsasən, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, minimum 5 il pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

İbtidai sinif müəllimləri də pedaqoji ixtisas sahibi hesab edildiklərinə görə, müsabiqədə iştirak hüququna sahibdirlər. Amma yalnız pedaqoji ixtisas sahibi olmaları imtahanlarda iştirak hüququ olmalarına əsas vermir.  Onlar digər şərtləri də ödəməli, ümumtəhsil məktəblərində 5 ildən az olmayan təcrübəyə sahib olmalıdırlar.  Namizəd bütün şərtlərə cavab versə belə, onun hazırda ümumtəhsil müəssisəsində dərs deməsi vacib şərtdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları