Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-25 12:21:49
“Döyülən direktor gələn həftə işə çıxacaq” - AÇIQLAMA

“Əvvəlki günlərə baxanda Tural müəllimin vəziyyəti yaxşıdır. On görə də güman edirik ki, gələn həftənin ikinci günündən işə çıxa bilər”.

AzEdu.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında 175 nömrəli məktəbin aktyor Rza Rzayev tərəfindən döyülən direktoru Tural Mirzəliyevin atası Elmi Mirzəliyev deyib.

Direktorun atası bildirib ki, vəziyyəti düzəlsə də, başgicəllənmə halları var. 

“Başgicəllənmə və ürəkbulanması tam olaraq dayanmayıb. Kəllə-beyin travması aldığından otaq şəraitində ayaq üstə bir az gəzəndə başı fırlanır. Amma həkimlər də vəziyyətinin yaxşılığa doğru olduğunu söyləyir”. 

Qeyd edək ki, aktyor Rza Rzayev noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyərək ona bədən xəsarətləri yetirib. Adıçəkilən məktəbin direktoru Sabunçu rayon 3 saylı xəstəxanaya yerləşdirilib.