Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-24 13:35:00
 Beynəlxalq olimpiada qalibləri məktəblilərlə görüşdülər - FOTO

 

Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib olan təhsil ocaqlarından biri də İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyidir.

 AzEdu.az xəbər verir ki, Tədris müəssisəsi müsabiqəyə “Gənc olimpiadaçılar qrupunun yaradılması” layihəsi ilə qoşulub. Layihənin əsas məqsədi Bakı şəhərində yerləşən məktəb, lisey və gimnaziyalarda oxuyan istedadlı şagirdlərin seçilməsi və onların bilik, bacarıq və vərdişlərinin daha da inkişaf etdirilməsidir. 20 iyul 2018-ci il tarixindən 20 fevral 2019-cu il tarixinədək davam edəcək layihənin seçim turunda Bakı şəhəri üzrə 50-yə yaxın məktəb və liseylərdən  300 nəfərədək VII sinif şagirdləri iştirak edib.

Layihə çərçivəsində beynəlxalq fənn olimpiadalarının qalibləri ilə layihədə iştirak edən şagirdlərin və onların riyaziyyat fənn müəllimlərinin görüşü keçirilib.  Əvvəlcə Şaiq Həsənovun nümunəvi dərsi dinlənilib.

 Görüşdə iştirak edən Təhsil İnstitunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri,

Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev son illərdə Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə uğurlu nəticələrindən danışıb, layihədə iştirak edən şagirdlərə və müəllimlərə öz tövsiyyələrini verib və onlara uğurlar arzulayıb.

Layihənin rəhbəri İ.Hacıyev adına “Tərəqqi”texniki-humanitar liseyin direktoru professor Nasim Abışov layihənin icra planından danışıb. O, bildirib ki, plana əsasən şagirdlərin onlayn qeydiyyatı üçün elektron proqram təminatı yaradılıb. Seçim turuna qatılan şagirdlərdən 24 nəfər ən istedadlı şagird seçilib və onlara riyaziyyat fənni üzrə dərslər keçirilir.   

N.Abışov bildirib ki, dərslər 01 oktyabr tarixindən başalayaraq liseyimizdə keçirilir və gələn il fevral ayınadək davam edəcəkdir. O qeyd edib ki, Təhsil Nazirliyinin qrant müsabiqələri təhsil ocaqları və müəllimlər üçün yeni imkanlar yaradır:

“Obyektiv formada keçirilən qrant müsabiqəsi bütün təhsil işçiləri arasında sağlam rəqabət mühitinin yaradılmasına səbəb olub ”.

Görüşdə 114 №-li tam orta məktəbin direktoru Ceyran Novruzova, beynəlxalq fənn olimpiadalarının qalibləri, Bakı Ali Neft Məktəbinın (BANM) tələbələri İsmət Ağayev və Murad Rəhimov layihənin əhəmiyyətini qeyd edərək, görülən işləri yüksək qiymətləndirdilər. İ.Ağayev və M.Rəhimov olimpiadalara hazırlıq təcrübələrini layihə iştirakçılarıyla bölüşdülər.

Dərslər bitdikdən sonra yekun turun və  layihənin yekunu ilə bağlı tədbirin keçiriləcək, iştirakçılara sertifikatlar, qaliblərə diplom və hədiyyələr təqdim olunacaqdır.