Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-24 13:05:00
Kənd müəllimindən maraqlı addım - Şagirdlərə isti olsun deyə, bunu da etdi - FOTO

Kənd müəllimindən maraqlı addım – İsti olsun deyə, dərsi “peç” kənarında keçdi

Bərdə rayon Kürdborakı kənd məktəbinin müəllimi Elşən Məmmədov dərs zamanı çox maraqlı  addım atıb.

O, azyaşlı şagirdlərinin xahişini nəzərə alaraq, dərsi soba ətrafında keçib.

Müəllimin AzEdu.az-a yolladığı fotolar sinif otağındakı isti və səmimi rabitənin varlığına sübutdur.

Gənc müəllim AzEdu.az-a açıqlamasında bu jest barəsində bunları deyib:

“Bu tədris ilindən etibarən, əsas ixtisasım Kimya  ilə yanaşı, Həyat bilgisi fənnini də tədris edirəm. Tədris etdikcə bu fənnin şagirdlər üçün nə qədər vacib olduğunu , onların şəxsiyyət kimi yetişməsində , cəmiyyətdə yararlı vətəndaş kimi formalaşmasında rolunu anlayıram.

 

Kimya kimi elmi ağırlığı olmayan bu fənni tədris edərkən şagirdlərə daha çox sərbəstlik verir , onların müxtəlif fikirlərini dinləyir , təkliflərini həyata keçirməyə çalışıram . Maraqlısı odur ki,  Kimyanı oxuya bilməyən şagirdlər də  həvəslə bu dərsə hazırlaşır, mövzu ətrafında diskussiya edir, fikir bölüşürlər.

Bu gün 7- ci sinifdə  Həyat bilgisi dərsim var idi. Qapını açıb gördüm ki, uşaqlar “peç”in ətrafına yığılıb, dərsi təkrarlayırlar. Təklif etdilər ki , dərsi elə burada keçək.

Mövzumuz “ Cəmiyyətin inkişafında inteqrasiyanın rolu “ idi və bildiyimiz kimi inteqrasiyanın mənası bütöv , bütövləşmə deməkdir. Dedim, nolar elə gəlin standart dərs modelindən çıxaq , dərsimizi isti daha səmimi mühitdə sobamızın ətrafında keçək. Həm mövzumuza uygün , həm uşaqların ürəyincə.

Şagirdlərlə tarixə əsaslanan mədəniyyətlərarası inteqrasiyaya aid müzakirələr apardıq və dünyanı əhatə edən inteqrasiyanın cəmiyyətin inkişafına və insanlar arasında əlaqə və əməkdaşlığın möhkəmlənməsi nəticəsinə gəldik . Necə ki , bizim isti sobamız , bir anda səmimi atmosfer yaratdı eləcə də düzgün qurulmuş inteqrasiya inkişafa təkan verir.

 Ps: Müəllim həm də dərsin keyfiyyətinə təsir edə biləcək mühiti müəyyənləşdirməyi bacarmalıdır.