Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 13:07:00
İmtahandan keçib təyinat almayan direktorların aqibəti necə olacaq? - RƏSMİ CAVAB

Bu gün direktorların işə qəbulu müsabiqəsinin sonuncu test imtahanı keçirilir. 

AzEdu.az bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə bağlı ən çox verilən suallardan biri də budur:

-MİQ imtahanlarında olduğu kimi direktorların işə qəbulunda da ötənilki nəticələr nəzərə alınır? Yoxsa, namizəd gələn il direktor olmaq üçün vaxtı gələndə yenidən imtahan verməlidir?

Direktorların işə qəbul imtahanında namizədlər müsahibədə iştirak etmək üçün öncə test mərhələsindən keçməlidirlər. Əgər namizəd builki müsahibədən sonra hər hansı vakant yerə təyin olunmasa, ehtiyatda saxlanılacaq və 2 il müddətində adı həmin siyahıda qalacaq.

Hazırda müsabiqədə vakant yer tutmaq üçün test imtahanlarında iştirak zəruridir. Amma növbəti illərdə bu tələb gözləniləcək. Gələn il bu il toplanan bal əsasında namizədlər müsahibə mərhələsində iştirak edə biləcəklər. Amma söhbət əvvəlki ilin test və müsahibə mərhələlərində iştirak edərək keçid balını toplayan şəxslərdən gedir. Yəni, bu, əvvəlki ilin test imtahanından keçib müsahibədən kəsilən şəxslərə aid deyil.

Qeyd edək ki, bu gün direktorların işə qəbulu üzrə sonuncu test imtahanı keçirlir. İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutub. Imtahan zamanı namizədlərdən 90 dəqiqə ərzində 60 sualı cavablaması tələb olunur. İmtahanlar üçün 4 seans təşkil olunur. Ümumilikdə gün ərzində 800-dən bir qədər artıq namizədin imtahanlara cəlb olunması nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları