Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 11:51:16
“Mənim səfər təəssüratlarım” adlı inşa müsabiqəsi keçirilib  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ölkəmizin regionlarına təşkil edilmiş maarifləndirici tur-aksiyaların növbəti mərhələsi başa çatıb.

AzEdu.az xəbər verir ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində cənub bölgəsinə səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olublar.

Bu münasibətlə Ağstafa rayon təhsil şöbəsinin təşkilatçılığı ilə, noyabrın 21-də “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən şagirdlər arasında “Mənim səfər təəssüratlarım” adlı inşa müsabiqəsi keçirilib.

İnşa müsabiqəsinin keçirilməsində əsas məqsəd şagirdlərin tur aksiya zamanı təəssüratlarnı öyrənmək, eyni zamanda istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.

40 şagirdin iştirak etdiyi müsabiqədə onlara 60 dəqiqə vaxt verilib. Növbəti günlərdə ən yaxşı inşanın sahibi elan olunacaq.